Bank Of Baku

Roma Papası 16-cı Benediktin 83 yaşı tamam olur

Roma Papası 16-cı Benediktin 83 yaşı tamam olur
# 16 aprel 2010 01:08 (UTC +04:00)
Bakı-APA. Roma Papası 16-cı Benediktin (Yozef Ratsinger) bu gün 83 yaşı tamam olur. O, 18-ci əsrdə Katolik Kilsəsinə rəhbərlik etmiş 12-ci Klimentin dövründən bu günədək hakimiyyətdə olan ən yaşlı pontifikdir.

APA-nın «Exo Moskvı» radiostansiyasına istinadən verdiyi xəbərə görə, Y.Ratsinger ad gününü kilsə üçün bir o qədər də uğurlu olmayan dövrdə – pedofil-rahiblərlə bağlı qalmaqallar dövründə qeyd edir.

Məsələ burasındadır ki, mütəmadi olaraq bu tip cinayətləri ört-basdır etməsinə görə 16-cı Benedktin özünün də məsuliyyətə cəlb olunması tələbləri getdikcə daha tez-tez səslənir.

Pontifik özü hələ ki, bu hücumlara cavab vermir. Şənbə günü 16-cı Benedikt cari ildə ilk həvari səfərinə – Maltaya yola düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR