Bank Of Baku

İslandiyada vulkan püskürməsi aviaşirkətlərə 1 milyard dollar zərər vurub - FOTO

İslandiyada vulkan püskürməsi aviaşirkətlərə 1 milyard dollar zərər vurub - <font color=red>FOTO</font>
# 16 aprel 2010 15:50 (UTC +04:00)
APA-nın məlumatına görə, əgər kül üç gün ərzində seyrəlməsə, aviaşirkətlərə ümumilikdə 1 milyard dollardan ox ziyan dəyəcək. Bir gün ərzində Avropa ölkələrindən aviareyslərin ləngiməsi və təxirə salınmasından 6 milyon sərnişin ziyan çəkib. Şirkətlər uçuşların bu gün bərpa olunacağını ehtimal edirlər. Bu gün artıq ən müxtəlif şirkətlərin Avropa ölkələrinə həyata keçirdiyi reyslərin tam yarısı ləğv olunub. Böyük Britaniya öz hava məkanını aprelin 17-dək tam şəkildə bağlı elan edib. Vulkanik kül hazırda Norveç, Şotlandiya səmalarını tam bürüyüb, İngiltərə, İrlandiya, İsveç, Finlandiya və Rusiyanın isə bəzi bölgələrində səmada kül qatı müşahidə olunur. Avropa Komissiyasının nümayəndəsi Siim Kallas bildirib ki, vulkanik külə səbəbilə təxirə salınmış, yaxud ləğv edilmiş reyslərin sərnişinləri kompensasiya tələb etmək hüququna malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR