Bank Of Baku

Avropada “vulkan böhranı” genişlənir, bu gün qitə üzrə 6 min reys ləğv olunub

Avropada “vulkan böhranı” genişlənir, bu gün qitə üzrə 6 min reys ləğv olunub
# 17 aprel 2010 11:39 (UTC +04:00)
Bakı-APA. İslandiyada buzlaq bölgədə vulkan püskürməsi Avropada hava nəqliyyatını iflic vəziyyətinə salıb. APA-nın məlumatına görə, qitədə hər üç aviareysdən ikisinin təxirə salınması bütün hava limanlarında böhran vəziyyəti yaradıb. Aviaşirkətlər reyslərin təxirə salınmasından hər gün ümumilikdə 200 milyon dollar ziyana düşdüklərini açıqlayıblar. Avropanın Mülki Aviasiya Agentliyi olan “Eurocontrol”un vitse-prezidenti Brian Flinn dünən qitə üzrə 28 min reysdən 16 mininin təxirə salındığını, bu rəqəmin bir gün əvvəlki rəqəmdən iki dəfə artıq olduğunu bildirib. Xatırladaq ki, artıq İngiltərə, İrlandiya, Fransa, Danimarka, Norveç, İsveç, Finlandiya və Belçika hava məkanını uçuşlar üçün bağlı elan edib. İtaliyanın isə yalnız şimal bölgələrdə fəaliyyət göstərən hava limanları bağlanıb. Almaniya da bütün hava limanlarının fəaliyyətini qeyr-müəyyən müddətə dayandırdığını bəyan edib. Bir qədər əvvəl İsveçrə, Slovakiya, Xorvatiya və Macarıstan da hava sahələrini uçuşlar üçün bağlayıblar. Ümumilikdə bu gün Avropa qitəsində 6 min reysin ləğv olunduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR