Bank Of Baku

Yuşşenko Kaçinskinin dəfn mərasiminə avtomobillə gedib

Yuşşenko Kaçinskinin dəfn mərasiminə avtomobillə gedib
# 17 aprel 2010 15:39 (UTC +04:00)
Bakı – APA. Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko təyyarə qəzasında həlak olan Polşa prezidenti Lex Kaçinski ilə vida mərasiminə avtomobillə yollanıb.

APA-nın məlumatına görə, buna səbəb İslandiyada püskürən vulkanın yaratdığı kül dumanının Avropanın hava məkanını bürüməsidir.

Yuşşenko xanımı ilə birlikdə yerli vaxtla saat 7-də yola çıxıb. Onun qatardan istifadə etməməsinin səbəbi bilinmir.

Lex və Mariya Kaçinskilərin dəfn mərasimində iştirak etmək niyyətində olanlar arasında Rusiya prezidenti Dmitri Medvedev, ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Nikola Sarkozi də var. Lakin kül dumanı səbəbindən onların Polşaya gəlib-gəlməyəcəyi bilinmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR