Bank Of Baku

Kaçinskilər sabah torpağa tapşırılacaq

Kaçinskilər sabah torpağa tapşırılacaq
# 17 aprel 2010 19:14 (UTC +04:00)
Bakı-APA. Polşa paytaxtında, Smolenskdə təyyarə qəzasında həlak olan Polşa Prezident Lex Kaçinski və onun həyat yoldaşı Mariya Kaçinski ilə vidalaşma başa çatıb. Bu barədə APA vz.ru saytına istinadən xəbər verir.

Ziyarətçilərin Prezident sarayının sütunlu zalına buraxılışı dayandırılıb. Buna baxmayaraq Sarayın qarşısında minlərlə insan tabutun süvari qarovul dəstəsinin müşayiəti ilə Müqəddəs Yana kilsəsinə gətiriləcəyi anı gözləyiblər.

İnsanlar Kaçinskilərlə vidalaşmaq üçün Prezident sarayının qarşısında 10-12 saat gözləyiblər.

Qeyd edək ki, bazar günü Krakovda yerli vaxtla saat 14:00-da dəfn mərasimi başlayacaq və mərasimə 90 xarici nümayəndə heyəti gələcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR