Bank Of Baku

Yunanıstan polisi terrorçulardan 2 sentnerə qədər partlayıcı maddə müsadirə edib

Yunanıstan polisi terrorçulardan 2 sentnerə qədər partlayıcı maddə müsadirə edib
# 18 aprel 2010 00:30 (UTC +04:00)
Bakı-APA. Yunanıstan polisi «İnqilabi mübarizə» təşkilatı ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmuş altı nəfərdən birinin kirayə etdiyi evdə ümumilikdə 195 kq selitra aşkar edib. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, partlayıcı maddə qaz balonlarında, maye qablarında və zibil qutularına qablaşdırılmış vəziyyətdə aşkar edilib.

İlkin ekspertizanın nəticələrinə görə, analoji partlayıcı maddə 2009-cu ildə Afina Fond Birjasının ciddi dağıntılara məruz qaldığı terror aktı zamanı istifadə olunub.

Selitradan əlavə, polis üç motosiklet və onlar üçün dövlət nömrə nişanları aşkar edib.

Bundan öncə polis digər evlərdə axtarışlar zamanı polis idarələrinə təşkil olunacaq hücumların planlarını müsadirə edib.

Qeyd edə ki, "İnqilabi mübarizə" terrorçu qrupu ilk dəfə 2003-cü ildə Ən təhlükəli terrorçu qruplaşmalardan olan «17 Noyabr» təşkilatının polis tərəfindən dağıdılmasından sonra meydana çıxıb.

«İnqilabi mübarizə»nin həyata keçirdiyi cinayətlər arasında 2006-cı ildə ictimai asayiş nazirinə sui-qəsd, 2007-ci ildə Afinadakı ABŞ səfirliyinin qumbaraatandan atəşə tutulması və paytaxtda baş vermiş bir sıra güclü partlayışlar var.

Təşkilat üzvlərinin tutulması üzrə əməliyyatlar bir həftə öncə başlayıb və ictimaiyyət tərəfindən hökumətin iqtisadi böhran və borc problemləri fonunda uğuru kimi dəyərləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR