Bank Of Baku

Avropa ölkələri təyyarə uçuşlarına qadağanın müddətini uzadıblar

Avropa ölkələri təyyarə uçuşlarına qadağanın müddətini uzadıblar
# 18 aprel 2010 04:27 (UTC +04:00)
İrlandiya, Böyük Britaniya, Belçika, Finlandiya və Estoniyada təyyarə uçuşlarına qadağa saat 12-yə qədər, Avstriyada isə gecə yarıyadək davam edəcək.

Latviya uçuşları saat 03:00-dək Litva isə qeyri-müəyyən müddətədək təxirə salıb.
Ukrayna və Belorusda da uçuşların nə vaxt bərpa olunacağı barədə məlumat verilmir.

Bundan əlavə, bazar ertəsinə qədər Fransa, İtaliya və Hollandiyanın hava məkanı qapalı qalacaq.
İsveçrənin hava məkanında təyyarələrin uçuşuna yalnız 6 min metrdən yüksəklikdə uçmaq şərti ilə icazə verilir.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının məlumatlarına görə, vulkan püskürməsi üzündən uçuşların təxirə salınması nəticəsində iqtisadi ziyan 2001-ci il 11 sentyabr hadisələri zamanı uçuşların təxirə salınması ilə bağlı zərəri üstələyib.

Qeyd edək ki, Polşa hava limanlarının işindəki fasilələrlə əlaqədar olaraq, bir sıra ölkələrin liderləri Smolensk yaxınlığında təyyarə qəzasında həlak olmuş Lex və Mariya Kaçinskilərin dəfnində iştirak edə bilməyəcək.

Belə ki, ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Nikolya Sarkozi də dəfn mərasimində iştirak etməyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR