Bank Of Baku

Polşa prezidenti və xanımı dəfn olunub

Polşa prezidenti və xanımı dəfn olunub
# 18 aprel 2010 20:06 (UTC +04:00)
APA-nın məlumatına görə, dəfn mərasimində Rusiya prezidenti Dmitri Medvedyev, Ukrayna prezidenti Viktor Yanukoviç, Almaniya prezidenti Horst Keler, Çexiya prezidenti Vatslav Klaus, Litva prezidenti Dalya Qribauskayte, Estoniyanın baş naziri Andrus Ansip, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili və digər şəxslər iştirak ediblər.

Azərbaycandan dəfn mərasiminə baş nazir Artur Rasizadə qatılıb.

İslandiyada püskürmüş vulkanın külünün Avropanın hava məkanını iflic etməsi səbəbindən ABŞ prezidenti Barak Obama, Almaniyanın federal kansleri Angela Merkel, Fransa prezidenti Nikola Sarkozi, İtaliyanın baş naziri Silvio Berluskoni, NATO-nun baş katibi Anders Foq Rasmussen, Avropa İttifaqının prezidenti Herman van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və digər rəsmi şəxslər dəfn mərasimində iştirak edə bilməyiblər.

Qeyd edək ki, Polşa prezidentinin təyyarəsinin aprelin 10-da Smolensk yaxınlığında qəzaya uğraması nəticəsində Lex Kaçinski və həyat yoldaşı da daxil olmaqla, təyyarədəki 96 nəfərin hamısı həlak olub. Polşa nümayəndə heyəti Katın faciəsi qurbanlarının anım mərasimində iştirak etmək üçün Smolenskə gəlirmiş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR