Bank Of Baku

Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib

Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib
# 18 aprel 2010 20:31 (UTC +04:00)
APA-nın xəbərinə görə, ilkin nəticələrə görə, hazırkı prezident Mehmet Əli Talatın 42.8 faiz səs aldığı seçkilərin qalibi onun rəqibi Dərviş Əroğlu olub. D. Əroğlu seçicilərin 50.3 faizinin səsini qazana bilib.

Qeyd edək ki, D. Əroğlu SKTC-da fəaliyyət göstərən Milli Birlik Partiyasının (MBP) sədridir.

D. Əroğlu özü də seçkilərdə qələbə qazandığını bildirib. O, ilk açıqlamasında Kipr problemi ilə bağlı danışıqlar prosesindən uzaqlaşmayacağını söyləyib.

Xatırladaq ki, seçkilərdə 7 namizəd, 164 min 72 seçici, yəni əhalinin 74,6 faizi iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR