Bank Of Baku

Dərviş Əroğlu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti seçilib

Dərviş Əroğlu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti seçilib
# 19 aprel 2010 07:55 (UTC +04:00)
Bakı-APA. Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb. APA-nın məlumatına görə, səsvermədə iştirak edən seçicilərin 50,37 faizinin səsini qazanan baş nazir və Ulusal Birlik Partiyasının lideri Dərviş Əroğlu prezident seçilib. Hazırkı prezident Mehmet Əli Talat isə səslərin 42,84 faizini qazanaraq məğlub olub. Yeni prezident Əroğlu münaqişənin nizamlanmasına dair Kiprin yunan hissəsi ilə danışıqların davam etdiriləcəyini bildirib. Artıq Türkiyə Xarici İşlər Nazirliyi Dərviş Əroğlunu prezident seçilməsi münasibətilə təbrik edib. Təbrik məktubunda Dərviş Əroğlu zəngin idarəetmə təcrübəsinə malik şəxs kimi dəyərləndirilir: “Biz yeni prezidentin BMT-nin himayəsi altında münaqişənin nizamlanmasına dair dialoq prosesini davam etdirmək niyyətini alqışlayırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR