Bank Of Baku

Bu gün Avstriyada prezident seçkiləri keçiriləcək

Bu gün Avstriyada prezident seçkiləri keçiriləcək
# 25 aprel 2010 01:37 (UTC +04:00)
Avstriyanın müharibədən sonrakı tarixində prezident seçkiləri 12-ci dəfə keçiriləcək. Seçkilərdə X.Fişerin qalib gələcəyinə heç kim şübhə etmir. Hazırkı seçkilərin bəzi maraqlı tərəfləri var. Birincisi, səsvermə hüququ olan vətəndaşların sayı ötən seçkilərdən bəri 320 min nəfər artıb Buna səbəb səs hüququ ilə bağlı yaş həddinin 18-dən 16-ya endirilməsidir. İkinci maraqlı məqam isə seçkilərə heç vaxt bu ölkədə keçirilən seçkilərə diqqət göstərməmiş ATƏT nümayəndələrinin iştirakı olacaq.

Səsvermə yerli vaxtla saat 5.00-da başlayacaq. İlk seçki məntəqələri dəmir yolu vağzallarında ə hava limanlarında açılacaq. Seçki məntəqələri yerli vaxtla saat 17.00-da bağlanacaq. Seçkilərin ilkin nəticələri axşam saat 19.00-dan sonra bəlli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR