Bank Of Baku

Aleksey Miller: "Cənub axını" 2015-ci ildə fəaliyyətə başlayacaq

Aleksey Miller: "Cənub axını" 2015-ci ildə fəaliyyətə başlayacaq
# 25 aprel 2010 03:57 (UTC +04:00)
"Avstriya «Cənub axını» layihəsinə dair hökumətlərarası müqavilənin imzalandığı yeddinci ölkədir. Biz artıq layihənin baş tutduğunu deyə bilərik və artıq layihələndirmə işlərinə başlamaq olar. Əvvəlcədən də nəzərdə tutduğumuz kimi, «Cənub axını»nın 2015-ci ilin dekabrında işə salmağı planlaşdırırıq", - deyə Miller bildirib.

Qeyd edək ki, adı çəkilən layihə çərçivəsində Avstriya ildə 2 milyard kub/metr qaz alacaq.

Rusiyanın baş naziri Vladimir Putin və Avstriyanın kansleri Verner Faymanla görüşündən sonra «Cənub axını» layihəsinin icrasının başlanması üçün zəruri olan son sənəd imzalanıb və beləliklə Avstriya layihəyə qoşulub.

"Cənub axını" qaz kəmərinin uzunluğu 900 km olacaq və kəmər Qara dənizin dibi ilə Novorossiyskdən Bolqarıstanın Varna limanınadək uzanacaq. Qaz kəməri Avstriya, Bolqarıstan, Macarıstan, Yunanıstan, Serbiya, Sloveniya və Xorvatiya ərazisindən çəkiləcək. Hər il bu marşrutla 63 milyard kub/metr qaz nəqli mümkün olacaq ki, bu da Rusiyanın qaz ixracının təqribən 1/3 hissəsini təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR