Bank Of Baku

AŞ PA prezidenti Mövlud Çavuşoğlu Ermənistana səfər edəcək

AŞ PA prezidenti Mövlud Çavuşoğlu Ermənistana səfər edəcək
# 26 aprel 2010 11:44 (UTC +04:00)
APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, Mövlud Çavuşoğlu quruma rəhbərlik etməyə başladığı müddətdə etdiyi səfərlər barədə məlumat verib. O, iyunda Gürcüstan və Rusiyaya daha sonra isə Ermənistana səfər edəcəyini bildirib. AŞ PA prezidenti səfəri zamanı Gürcüstanla Rusiya arasında baş vermiş müharibənin nəticələrinin aradan qaldırılmasına dair fikir mübadiləsi aparmaq niyyətindədir. Mövlud Çavuşoğlu Fransada müsəlman qadınların hicab taxmasına qoyulan qadağaya da münasibət bildirib: “Bu məsələ AŞ PA Bürosunun bu gün səfər keçirilən iclasında müzakirə edildi və biz xüsusi hesabatın hazırlanmasını tövsiyə etdik. Lakin Büro bu qərara gəldi ki, təklif AŞ PA-nın Elm, Təhsil və Mədəniyyət komitəsinə göndərilsin və daha sonra ümumilikdə Avropada islam və islamofobiyaya dair xüsusi hesabat hazırlansın. Şəxsi fikrimə gəldikdə, hicabı tamamilə qadağan edən qanunun qəbuluna qarşıyam. Çünki bu, əsas azadlıqları məhdudlaşdıran bir qanundur. Avropa Şurası bir təşkilat olaraq hər zaman azadlıqların təmin olunmasına tərəfdardır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR