Bank Of Baku

Lex Kaçinskinin kreslosunda qardaşı otura bilər

Lex Kaçinskinin kreslosunda qardaşı otura bilər
# 26 aprel 2010 15:08 (UTC +04:00)
Bakı - APA. Polşanın Hüquq və Ədalət Partiyası prezident vəzifəsinə partiyanın lideri, təyyarə qəzasında ölmüş prezident Lex Kaçinskinin qardaşı Yaroslav Kaçinskinin namizədliyini irəli sürüb. APA-nın Polşa mətbuatına istinadən verdiyi məlumata görə, bunu partiyanın sədr müavini Adam Lipinski açıqlayıb. Y. Kaçinski təyyarə qəzasında ölən siyasətçilərin işini davam etdirmək niyyətində olduğunu bildirib: “Biz onların qarşısında borcluyuq, vətənimizin qarşısında borcluyuq”.

Qeyd edək ki, prezident seçkilərinin ilk turu iyunun 20-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR