Bank Of Baku

Avropa Şurası Nazirlər Komitəsinin sədri Türkiyə və Ermənistanı Sürix protokollarını ratifikasiya etməyə çağırıb

Avropa Şurası Nazirlər Komitəsinin sədri Türkiyə və Ermənistanı Sürix protokollarını ratifikasiya etməyə çağırıb
# 26 aprel 2010 17:21 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən İsveçrənin xarici işlər naziri Mişelin Kalmi-Rey Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının plenar iclasında çıxış edib.

APA-nın Avropa bürosunun xəbərinə görə, M. K. Rey AŞ NK-nin altı aylıq fəaliyyəti barədə AŞ PA-ya hesabat verib.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına toxunan nazir, hər iki ölkənin parlamentlərini Surixdə imzalanan Protokolları ratifikasiya etməyə çağırıb: «Keçən həftə Ermənistanın verdiyi siqnalı ciddi qəbul etmək lazımdır. Avropa Şurası bu iki üzv ölkəsini arada olan çətinlikləri aşmağa və Surixdə imzalanmış hər iki protokolun ratifikasiya edilməsi yolu ilə bu yaxınlaşma prosesini konkretləşdirməyə çağırır. Buna görə də hesab edirəm ki, indiki mərhələdə səslənən bu kimi bəyanatlara bu prosesin ümumi çətinlikləri çərçivəsində baxılmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR