Bank Of Baku

Belçika kralı hökumətin istefasını qəbul edib

Belçika kralı hökumətin istefasını qəbul edib
# 26 aprel 2010 20:00 (UTC +04:00)
Bakı-APA. Belçika kralı İkinci Albert bu gün hökumətin istefasını qəbul edib. Bu barədə Kral sarayı məlumat yayıb.

Belçika baş naziri İv Leterm istefa ərizəsini krala ötən cümə axşamı təqdim etmişdi. Elə həmin gün flamand liberallarının Open VLD partiyası hökumətin tərkibindən çıxdığını bəyan etmişdi.

Belçikadakı böhrana səbəb növbəti dəfə ikidilli Brüssel-Halle-Vilvoorde seçki dairəsinin inzibati bölgü problemini həll etmək cəhdi olub.

Belçika 20 seçki dairəsinə bölünüb. Hər bir seçki dairəsində sakinlər ya flamand, ya da vallon partiyalarına səs verirlər. İkidilli Brüssel-Halle-Vilvoorde dairəsində isə seçicilər hansı partiyaya səs verməkdə sərbəstdirlər.

Dairənin problemini 1980-ci ildən etibarən həll etmək mümkün olmur. Flamandlar Brüssel-Halle-Vilvoorde dairəsini bölməyi təklif edirlər. Onların fikrincə, Brüssel ikidilli olaraq qalmalı, Halle və Vilvoorde isə qonşu flamand dairələrinin tərkibinə qatılmalıdır. Vallonlar isə öz növbələrində, Halle və Vilvoordenin fransızdilli vətəndaşlarının vallon namizədlərə səs vermək hüququ olmasını tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR