Bank Of Baku

Viktor Yanukoviç: “Ümidvaram ki, GUAM mövcudluğunu davam etdirsə, romantik deyil, praqmatik siyasət yürüdəcək”

Viktor Yanukoviç: “Ümidvaram ki, GUAM mövcudluğunu davam etdirsə, romantik deyil, praqmatik siyasət yürüdəcək”
# 27 aprel 2010 12:47 (UTC +04:00)
Assambleyadakı çıxışdan öncə Viktor Yanukoviç AŞ PA sədri Mövlud Çavuşoğlu ilə birlikdə mətbuat üçün brifinq keçirdilər. APA-nın Avropa bürosunun GUAM-ın gələcək fəaliyyəti ilə bağlı sualını cavablandıran Ukrayna prezidenti GUAM-ın daha çox praqmatik siyasət aparmasını arzuladığını bildirib: “Biz bu məsələni hələ müzakirə etməmişik, ona görə də indiki məqamda mən bu sualı ətraflı cavablandırmağa hazır deyiləm. Təbii ki, gələcəkdə bu təşkilat öz toplantısını keçirəcək və o zaman biz bu qurumun gələcək fəaliyyəti ilə bağlı planlarımızı və niyyətlərimizi müzakirə edəcəyik. Hər şeyə rəğmən bu təşkilat yenə də öz mövcudluğunu davam etdirsə, ümüd edirəm ki, romantik deyil, daha çox praqmatik siyasət aparacaq. Və məhz bu halda Ukrayna yenə də bu təşkilat daxilində iştirakını davam etdirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR