Bank Of Baku

Panamanın keçmiş prezidenti Paris həbsxanasına salınıb

Panamanın keçmiş prezidenti Paris həbsxanasına salınıb
# 28 aprel 2010 03:19 (UTC +04:00)
Bakı-APA. Panamanın keçmiş prezidenti Manuel Noryeqa Parisin «Sante» həbsxanasına salınıb. APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, M.Noryeqa burada ilkin istintaq dövründə qalacaq.

Hakimlər M.Noryeqanın məhkəmə prosesi başlamayana qədər azadlıqda qalmasına etiraz ediblər. Belə Ki, onlar Noryeqanın qaça biləcəyindən ehtiyat edirlər. Fransanın ədliyyə naziri Giyom Didye bildirib ki, Noryeqanın işi üzrə məhkəmə prosesi yaxın iki ayda başlana bilər.

Qeyd edək ki, Noryeqa ABŞ tərəfindən 1999-cu ildə qiyabi olaraq 10 il müddətinə həbs cəzasına məhkum olunduğu Fransaya gətirilib. Lakin hazırda Fransa məhkəməsi Noryeqanın işinə yenidən baxılmasının zəruri olduğu qənaətindədir.

Xatırladaq ki, Noryeqa 1989-cu ildə, Panamaya müdaxilə zamanı hakimiyyətdən uzaqlaşdırılıb. ABŞ-da o narkotik ticarətində günahkar bilinərək 17 il cəzaya məhkum olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR