Bank Of Baku

Yunanıstanın baş naziri informasiya agentliklərini tənqid edib

Yunanıstanın baş naziri informasiya agentliklərini tənqid edib
# 29 aprel 2010 02:14 (UTC +04:00)
Bakı-APA. Yunanıstanın baş naziri Yorqos Papandreu ölkədəki böhranı düzgün işıqlandırmayan xəbər agentliklərini tənqid edib.

«Beynəlxalq agentliklər nəinki Yunanıstanda eşitdikləri hər bir sözü, hətta şayiələri də ildırım sürətilə yayırlar. Biz Yunanıstan haqqında artıq hər şeyi eşitmişik – ağrılı həqiqətdən tutmuş şizofrenik ədalətsizliklərədək», deyə Economist jurnalının konqresində çıxış edən Papandreu bildirib.

O avrozonaya daxil olan ölkələri yunan böhranının «odunu söndürməyə» çağırıb. «Bu kiçik qığılcım, alov nəzarətdən çıxaraq avrozona üçün təhlükəyə çevrilə bilər», deyə baş nazir xəbərdarlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR