Bank Of Baku

Xristofyas Dərviş Əroğluyla bağlı narahatlığını ifadə edib

Xristofyas Dərviş Əroğluyla bağlı narahatlığını ifadə edib
# 30 aprel 2010 17:51 (UTC +04:00)
Bakı-APA. Cənubi Kipr Respublikasının prezidenti Dimitris Xristofyas Dərviş Əroğlunun Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti seçilməsiylə Kipr probleminin həlli məsələsində narahatlığının artdığını bildirib.

Xristofyas «Kipr problemi: müzakirə masasına dönüş» başlıqlı çıxışında, ŞKTC prezidenti Əroğlunun tezislərini «bölücü» olaraq dəyərləndirib və bu tezislərin müzakirə masasında əlavə problemlər yarada biləcəyindən narahat olduğunu qeyd edib.

«Əroğlunun yanaşmlarının ilk əlamətləri narahatlığımızın düzgün olduğunu sübut edir», deyə Xristofyas bəyan edib.

Qeyd edək ki, ŞKTC-nin yeni seçilmiş prezidenti Dərviş Əroğlu sələfi Mehmet Əli Tələtdən fərqli olaraq «iki xalq – iki dövlət» prinsipinin tərəfdarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR