Bank Of Baku

Albaniyada siyasi gərginlik artır

Albaniyada siyasi gərginlik artır
# 30 aprel 2010 22:28 (UTC +04:00)
Bakı-APA. Albaniyada əsas müxalifət partiyası olan Sosialist Partiyasının keçən il iyulun 28-də keçirilmiş seçkilərdə saxtakarlığa yol verildiyi iddiası ilə başlanan siyasi gərginlik getdikcə artır.

Sosialist Partiyası aprelin 30-da paytaxt Tiranada yeni etiraz aksiyası təşkil edib. Aksiyada təxminən 80 min nəfər iştirak edib.

Aksiyada çıxış edən Sosialist Partiyasının sədri Edi Rama «Aksiyalarımız fasiləsiz olacaq. 2009-cu il iyulun 28-də keçirilən seçkilərdə baş nazir Sali Berişa oğurlanmış səslərlə iqtidara gəldi. Berişanın hökuməti istefa edənədək etiraz aksiyalarımızı davam etdirəcəyik», deyə bildirib.

Edi Rama Berişa hökumətinin ölkəni dərin iqtisadi böhrana sürüklədiyini və Albaniyanın Avropa Birliyi ilə bütövləşməsinə hökumətin əngəl olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR