Bank Of Baku

Yunanıstanda kütləvi etiraz aksiyaları keçiriləcək

Yunanıstanda kütləvi etiraz aksiyaları keçiriləcək
# 01 may 2010 03:01 (UTC +04:00)
Bakı-APA. Yunanıstanda şənbə günü hələ qəbul olunmamış antiböhran tədbirlərinə qarşı ilk etiraz aksiyaları keçiriləcək. Yunanıstanın dövlət və özəl sektoru işçilərini birləşdirən ən iri həmkarlar ittifaqları - GSEE və ADEDY Afinadakı kütləvi nümayiş planlaşdırırlar. Kommunistlər də Afinada ayrıca olaraq 1 may bayramını mitinqlə qeyd edəcəklər.

Mayın 1-də adətən şənbələr işləyən dükanlar bağlı olacaq.

Bir sıra həmkarlar ittifaqları mayın 1-də tətil edəcəklər. Belə ki, bütün ölkədə bərələr işləməyəcək. Afina ictimai nəqliyyatının işçiləri sərnişinlərin qayğısına qalaraq cəmi 2 saat səhər saat 5-7 arası tətil edəcəklər. Dəmiryolu nəqliyyatı isə əksinə, bütün gün ərzində bütün ölkə ərazisində işləməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR