Bank Of Baku

Avropada təyyarə uçuşları tam bərpa olunub

Avropada təyyarə uçuşları tam bərpa olunub
# 04 may 2010 18:32 (UTC +04:00)
Bakı-APA. Ötən çərşənbə axşamı İslandiyadakı Eyafyatlayokudl vulkanından atmosferə yeni tullantıların atılması ilə bağlı bağlanmış İrlandiya və Şotlandiyanın hava məkanı yenidən təyyarələrin uçuşları üçün açıqdır. APA-nın INTERFAX-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Uçuşların Təhlükəsizliyi Təmin Edilməsi Təşkilatının bəyanatında deyilir.

Beləliklə, Avropada uçuşlara qoyulmuş bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu gün Avropada ümumilikdə 28 min aviareysin həyata keçiriləcəyi gözlənilir.

Təşkilat rəsmilərinin sözlərinə görə, hazırda Avropada hava nəqliyyatının hərəkəti normaldır.

Son məlumatlara görə, aviaşirkətlərin istifadə etdikləri «hava dəhlizlərində» vulkanik külün konsentrasiyası aşağıdır.

Qurum rəsmilərin yaxın saatlar ərzində vəziyyətin dəyişməyəcəyinə ümid edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR