Bank Of Baku

Komorovskinin prezident olmaq şansları yüksəkdir

Komorovskinin prezident olmaq şansları yüksəkdir
# 05 may 2010 04:59 (UTC +04:00)
Bakı-APA. Polşa Seyminin spikeri Bronislav Komorovski əvvəlki kimi ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri reytinq cədvəlində liderlik edir. APA-nın newsru.com saytına istinadən verdiyi xəbərə görə, bunu Millward Brown SMG KRC tədqiqat mərkəzinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Xatırladaq ki, cari ilin aprelin 10-da Rusiyanın Smolensk şəhərində Polşa prezidenti Lex Kaçinski təyyarə qəzasında həlak olub. Bununla əlaqədar olaraq, ölkə konstitusiyasına əsasən, dövlət başçısı səlahiyyətləri parlamentin aşağı palatasının spikeri Bronislav Komorovskiyə keçib.

Mövcud qanunvericiliyə uyğun olaraq, Komorovski növbədənkənar seçkiləri iyunun 20-nə təyin edib. Seçkilərdə mümkün ikinci tur iyulun 4-də keçirilə bilər.

Sorğunun nəticələrinə əsasən, seçkinin birinci mərhələsində Bronislav Komorovski səslərin 45 faizini, Yaroslav Kaçinski (keçmiş baş nazir, “Hüquq və Ədalət “ partiyasının lideri) 30 faizini, Qjejoq Naperalski (Demokratik Sol Qüvvələr Birliyinin lideri) 5 faiz səs toplaya bilər.

Respondentlərin fikrincə, prezident seçkilərinin ikinci mərhələsində Komorovski seçicilərin 55 faizinin Kaçinski isə 34 faizinin səsini toplaya bilər.

Sorğuda iştirak edənlərin 70 faizi hesab edir ki, Bronislav Komorovski Polşa prezidentinin faciəvi şəkildə həlak olmasından sonra dövlət başçısı vəzifəsini layiqincə yerinə yetirib.

Mayın 4-də aparılan sorğuda 1002 nəfər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR