Bank Of Baku

Yunanıstanda iğtişaşlardan 3 nəfər ölüb, aksiya iştirakçıları bank binalarını yandırırlar

Yunanıstanda iğtişaşlardan 3 nəfər ölüb, aksiya iştirakçıları bank binalarını yandırırlar
# 05 may 2010 15:16 (UTC +04:00)
Afina-APA. Yunanıstan paytaxtında iğtişaşlar davam edir. APA-nın məlumatına görə, nümayişçilər Afinanın mərkəzində bank binasını yandırıblar. Yanan binada 20 nəfərin olduğu bildirilir. İndiyədək iğtişaşlarda 3 nəfərin öldüyü təsdiqlənib. Dünən paytaxtda nümayişçilərlə polis arasında bir neçə saat davam edən toqquşmalar olub, aksiya iştirakçıları vitrinləri sındırıb, bank binalarına yandırıcı maddələr atıblar. Polis şəhər mərkəzində daha iki binanın yandırıldığını bildirir. Nümayişçilər polis səflərini yararaq parlament binasına yaxınlaşmaq istəsələr də, buna müvəffəq olmayıblar. Aksiya gözyaşardıcı qaz tətbiq olunaraq dağıdılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR