Bank Of Baku

Bu gün Britaniyada parlament seçkiləri keçirilir

Bu gün Britaniyada parlament seçkiləri keçirilir
# 06 may 2010 00:41 (UTC +04:00)
Bakı-APA. Bu gün Böyük Britaniyada İcmalar palatasına seçkilər keçiriləcək. 650 yer uğrunda əsas mübarizə iqtidardakı Leyborist, əsas müxalifətdəki Mühafizəkarlar və uzun müddət ikinci rollarda olmuş Liberal demokratlar arasında gedəcək.

Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 11:00) ölkə ərazisindəki 50 minə yaxın seçki məntəqəsində səsvermə başlayacaq. Səsvermə saat 22:00-dək (Bakı vaxtı ilə mayın 7-si saat 02:00-dək) davam edəcək.

Aparıcı sorğu mərkəzlərinin son məlumatlarına əsasən, Mühafizəkarlar seçiciləri 35%-nin, Leyboristlər 29, Liberal demokratlar isə 26%-nin səsini yığa bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR