Bank Of Baku

İngiltərədə mühafizəkarlar parlament seçkilərində liderlik edir - exit poll

İngiltərədə mühafizəkarlar parlament seçkilərində liderlik edir - exit poll
# 06 may 2010 23:53 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyanın müxalifətçi Mühafizəkarlar Partiyası parlament seçkilərində 650 yerdən 307-nə sahib olaraq liderlik edir. APA-nın RİA Novsti-yə istinadən verdiyi xəbərə görə, bu, exit poll-un nəticələridir.

Hakim Leyborist Partiyası 255 yer qazanıb. Üçüncü yerdə isə 59 mandatla liberal-demokratlar gəlir. Digər partiyalar ümumilikdə 29 deputat kürsüsünə sahib olublar.

Beləliklə, görünür ki, 1974-cü ildən bu vaxta qədər ilk dəfədir ki, heç bir partiya aşağı palatada mütləq üstünlüyə sahib olmayacaq.

Hazırda hansı partiyanın və hansı müddət ərzində yeni hökuməti formalaşdıracağı məlum deyil. Leyboristlər Partiyasının digər partiyalarla birlikdə azlıq və ya koalisiya hökuməti yaratmaq hüququ var. Əgər leyboristlərin lideri və hazırkı baş nazir Qordon Braun bunu edə bilməsə, kraliça bu hüququ formal olaraq "tori"lərin lideri Devid Kemerona verəcək.

Yeni hökumət formalaşana qədər əvvəlki tərkib vəzifələrini icra edəcək.

Cümə axşamı keçirilmiş parlament seçkilərində səslərin sayılması bütün gecəni davam edəcək. İlk nəticələr yerli vaxtla gecə yarı, Bakı vaxtı ilə saat 04.00-da məlum olacaq.

Qeyd edək ki, vahid exit poll MORI və NOP sosioloji xidmətləri tərəfindən BBC, ITN və Sky televiziya kanalları ilə birlikdə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR