Bank Of Baku

Baltikyanı ölkələrin müdafiə nazirləri bir araya gələcəklər

Baltikyanı ölkələrin müdafiə nazirləri bir araya gələcəklər
# 07 may 2010 00:47 (UTC +04:00)
Bakı-APA. Litva, Latviya və Estoniyanın müdafiə nazirləri bu gün Vilnüsdə bir araya gələrək tədqiqatlar və texnologiyalar, Şimali Avropa ölkələri və Polşa ilə regional əməkdaşlığın gücləndirilməsi, habelə müdafiə sahəsində birgə satınalmaların həyata keçirilməsi məsələlərini müzakirə edəcəklər. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Litvanın diyarın mühafizəsi naziri Rasa Yuknyaviçene latviyalı və estoniyalı həmkarları İmants Leqis və Yaak Aavikso ilə Pribaltika ölkələrində NATO-nun hava polisi missiyası, Baltika Müdafiə Kollecinin yenidən qurulması kimi üçtərəfli layihələrdə əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir.

Bundan əlavə, tərəflər hərbi təlimlər və manevrlər zamanı quru ərazinin, hava və su məkanının, infrastrukturun birgə istifadəsi perspektivlərini müzakirə edəcəklər.

Görüşün yekununda nazirlər birgə kommünikeyə imza atacaqlar.

Qeyd edək ki, Litva, Latviya və Estoniyanın müdafiə nazirlərinin örüşü ildə iki dəfə keçirilir. Sonuncu görüş ötən ilin payızında Latviyanın paytaxtı Riqada keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR