Bank Of Baku

İnternetdə Türkiyənin müxalifət liderinə aid olduğu və gizli kamera ilə çəkildiyi iddia edilən görüntülər yayılıb

İnternetdə Türkiyənin müxalifət liderinə aid olduğu və gizli kamera ilə çəkildiyi iddia edilən görüntülər yayılıb
# 07 may 2010 11:37 (UTC +04:00)
Bakı – APA. İnternetdə Türkiyənin ana müxalifət lideri – Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykala aid olduğu və gizli kamera ilə çəkildiyi iddia edilən görüntülər yayılıb. APA-nın Türkiyə xəbər portallarına istinadən verdiyi məlumata görə, görüntülər mayın 6-da gecə radikal islamçılara məxsus “Vakit” qəzetinin “habervakti.com” adlı saytına yerləşdirilib və D. Baykalın seks kaseti olduğu bildirilib. Görüntü qısa müddət sonra bu saytdan yığışdırılsa da, “Youtube” də daxil olmaqla, bir çox internet saytında yayılmağa davam edib. Görüntülərin D. Baykalın CHP qərargahındakı yataq otağında çəkildiyi və müxalifət liderinin öz partiyasının üzvü olan qadın millət vəkili ilə birlikdə olduğu iddia edilir.

D. Baykalın yaxın ətrafına “bu iftiraya qarşı böyük bir hüquqi mübarizəyə başlayacağam” dediyi xəbər verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR