Bank Of Baku

PKK terrorçularının növbəti hücumu nəticəsində 2 türk əsgəri şəhid olub

PKK terrorçularının növbəti hücumu nəticəsində 2 türk əsgəri şəhid olub
# 07 may 2010 14:35 (UTC +04:00)
Bakı – APA. Mayın 7-nə keçən gecə Türkiyənin cənub-şərqində, Hakkari rayonu ərazisindəki Dağlıca sərhəd zastavasında PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub. APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, İraq sərhədində yerləşən zastava ətrafında səhər qədər davam edən döyüşdə 2 türk əsgəri şəhid olub, 1 əsgər yaralanıb. Əraziyə əlavə qüvvələr və hərbi vertolyotlar göndərilib.

Xatırladaq ki, 2007-ci il oktyabrın 21-də eyni zastavaya terrorçuların hücumu nəticəsində 12 türk əsgəri şəhid olmuş, 16 əsgər yaralanmış, 8 əsgər terrorçular tərəfindən girov götürülmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR