Bank Of Baku

Böyük Britaniyada səslərin sayılması başa çatıb

Böyük Britaniyada səslərin sayılması başa çatıb
# 07 may 2010 18:13 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyada keçirilmiş parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb. Səsvermə keçirilmiş bütün 649 dairədə qaliblər artıq elan olunub.

Parlamentin aşağı palatası olan İcmalar palatasında heç bir partiya mütləq çoxluğu (50%-dən çox səs) toplamayıb.

Yeni palatanın ən böyük fraksiyası mühafizəkarlar olacaqlar – onların 306 mandatı var. 13 il ərzində hakimiyyətdə olmuş leyboristlərin indi 258 mandatı var. Liberal-demokratlar 57 yer qazanıblar. Bütün digər partiyalar ümumilikdə 28 mandat ala biliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR