Bank Of Baku

İranın nüvə probleminə dair «altılıq»la növbəti görüşü Türkiyədə keçirilə bilər

İranın nüvə probleminə dair «altılıq»la növbəti görüşü Türkiyədə keçirilə bilər
# 07 may 2010 23:56 (UTC +04:00)
Bakı-APA. BMT-nin Nüvə silahının yayılmaması barədə müqavilənin yerinə yetirilməsinə baxış konfransından qayıdan İran xarici işlər naziri Mənuçöhr Mottəki İstanbula gəlib.

İran xarici işlər naziri İstanbulda Türkiyə prezidenti Abdullah Gül və xarici işlər nazir Ahmet Davudoğlu ilə görüşüb. Ahmet Davudoğlu ilə görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirilib. Konfransda Türkiyə xarici siyasət idarəsinin başçısı İranın nüvə probleminə dair müzakirələrin yenidən başlamasına tərəfdar olduqlarını bildirib. O qeyd edib ki, İran tərəfi ilə «altılığın» (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniya) görüşü Türkiyədə keçirilə bilər. Davudoğlu İran tərəfinin artıq bu görüşün Türkiyə keçirilməsinə razılıq verdiyini bildirib. «Hazırda biz qarşı tərəfdən, yəni Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eştondan cavab gözləyirik», deyə Davudoğlu əlavə edib.

Öz növbəsində Mottəki İranın nüvə problemi məsələsində fəaliyyəti səbəbilə Türkiyəyə təşəkkür edib və bu ölkəni «İranın çox yaxşı qonşusu» adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR