Bank Of Baku

PKK terrorçularının Türkiyə Hərbi Dəniz Qüvvələrinin binalarından birinə hücumu nəticəsində 6 əsgər şəhid olub

PKK terrorçularının Türkiyə Hərbi Dəniz Qüvvələrinin binalarından birinə hücumu nəticəsində 6 əsgər şəhid olub
# 31 may 2010 07:47 (UTC +04:00)
APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, mayın 31-nə keçən gecə yerli vaxtla saat 00.40-da Adana-İsgəndərun şosesindən qərargaha qumbaraatanlar və pulemyotlarla açılan atəş nəticəsində 6 əsgər şəhid olub, 9-u yaralanıb. Yaralıların əksəriyyəti İsgəndərun Dövlət Xəstəxanasına, durumu ağır olan 3 əsgər isə Ankara Gülhanə Tibb Akademiyasına aparılıb. Bölgəyə çoxlu sayda xüsusi təyinatlı əsgərlər, jandarmalar və polislər göndərilib.

Hadisəni öyrənən yerli sakinlər İsgəndərun Dövlət Xəstəxanasına axın ediblər. Bir qrup insan PKK-nın siyasi qolu olan Barış və Demokratiya Partiyasının (BDP) yerli təşkilatının binasına irəliləyərək binanı daşa tutub. Polis insanları ərazidən uzaqlaşdırıb.

Qeyd edək ki, mayın 29-da PKK terrorçularının hücumu nəticəsində 3 əsgər və kənd özünümüdafiə dəstələrinin 2 üzvü həlak olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR