Bank Of Baku

Türkiyə XİN: İsrail beynəlxalq hüquqa zidd hərəkətinə görə cavab verməli olacaq

Türkiyə XİN: İsrail beynəlxalq hüquqa zidd hərəkətinə görə cavab verməli olacaq
# 31 may 2010 08:05 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, Türkiyə bir sıra ölkələrdən Qəzza xalqına humanitar yardım aparmaq istəyən və aralarında yaşlılar, qadınlar və uşaqların da olduğu mülki şəxslərə qarşı İsrail ordusunun güc tətbiq etməsini ən ağır şəkildə pisləyir: “İsrail məsum insanları hədəf alaraq insan həyatını və sülh təşəbbüslərini heçə saydığını bir daha göstərib. İsrailin bu insanlıq əleyhinə əməllərini şiddətlə qınayırıq. Açıq dənizdə baş verən, beynəlxalq hüquqa kobudcasına zidd bu olay əlaqələrimizdə düzəldilməsi mümkün olmayan nəticələrə səbəb ola bilər. Tel-Əvivdəki səfirimiz tərəfindən atılan addımlarla birlikdə nazirliyimizə çağırılan İsrailin Ankaradakı səfirinə də bu olayın qəbuledilməz olduğu bildiriləcək və ondan izahat tələb ediləcək. İsrail beynəlxalq hüquqa zidd bu hərəkətinə görə cavab verməli olacaq”.

Qeyd edək ki, Qəzzaya humanitar yardım aparan 6 gəmidən ibarət donanmada Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisi də var. İnsident zamanı azı 16 nəfər ölüb. Xəbər yayılan kimi, İsrailin Ankaradakı səfirliyi qarşısında etiraz aksiyaları başlayıb. Polis səfirlik binasını mühasirədə saxlayır. Səfir Qabi Levi Türkiyə XİN-ə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR