Bank Of Baku

Ankara İsraildən hücuma məruz qalan gəmilərdəki vətəndaşlarının dərhal Türkiyəyə göndərilməsini tələb edib

Ankara İsraildən hücuma məruz qalan gəmilərdəki vətəndaşlarının dərhal Türkiyəyə göndərilməsini tələb edib
# 31 may 2010 11:40 (UTC +04:00)
Bakı – APA. İsrail hərbçilərinin Qəzzaya humanitar yardım aparan, aralarında türk gəmisinin də olduğu gəmilərə hücum etməsi və azı 16 nəfərin öldürülməsi ilə əlaqədar bu ölkənin Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, səfir Qabi Levi ilə görüşən XİN aparatı rəhbərinin müavini Ünal Çeviköz gəmilərdəki Türkiyə vətəndaşlarının dərhal Türkiyəyə göndərilməsini tələb edib. O, olayla bağlı Türkiyənin dərin narahatlığını qarşı tərəfə çatdırıb və İsrailin beynəlxalq sularda hərbi əməliyyat keçirdiyinə diqqət çəkərək bunun beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Bu arada İsrail televiziyaları yaralanan 4 türkün qollarına plastik zəncir taxılaraq Yerusəlimdəki Hadassa xəstəxanasına aparılarkən çəkilən görüntülərini yayınlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR