Bank Of Baku

Türkiyəni İsrail əleyhinə etiraz dalğası bürüyüb

Türkiyəni İsrail əleyhinə etiraz dalğası bürüyüb
# 31 may 2010 23:48 (UTC +04:00)
Bakı-APA. «İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!» devizi ilə Qəzzaya doğru yola çıxan 6 gəmidən ibarət yardım donanması mayın 31-nə keçən gecə İsrailin silahlı müdaxiləsinə etiraz olaraq Türkiyənin müxtəlif yerlərində etiraz aksiyaları keçirilib.

İsrail İstanbul Baş konsulluğu önündə toplanan etirazçıların bəziləri polis barrikadasını aşmağa cəhd ediblər. İsrail bayraqlarının yandırıldığı aksiya zamanı yaşanan gərginlik, polisin səylərilə yatırılıb.

Ankarada İsrailin Türkiyədəki səfirliyi və səfir Qabi Levinin qaldığı evin qarşısında keçirilən aksiyalarda «Qatil İsrail, Yaxın Şərqdən rədd ol», «Hər yer Fələstin, hamımız fələstinliyik», «Şəhidlərin qanı İsraili boğacaq», «Ankara yatma, Fələstinə sahib çıx», «Sionist qatillərə ar olsun» şüarları səsləndirilib.

Etiraz aksiyaları həmçinin Adana, Antalya, Tekirdağ, Elaziğ, Kocaeli, Şanlıurfa, Osmaniyə şəhərlərində də keçirilib.

«İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!» devizi ilə Qəzzaya doğru yola çıxan 6 gəmidən ibarət yardım donanması mayın 31-nə keçən gecə İsrailin silahlı müdaxiləsinə məruz qalıb. İsrail hərbi vertolyotları gəmilərə yaxınlaşaraq atəş açmağa başlayıblar və gəmilərdən birinə desant endiriblər. İnsident baş verən gəminin Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisi olduğu bildirilir. İlkin məlumatlarda 2 nəfərin öldüyü, 30-dan çox adamın yaralandığı qeyd olunsa da, İsrail televiziyaları 16 nəfərin öldüyünü xəbər veriblər. İsrail hərbçiləri 10 nəfərin öldüyünü təsdiqləyiblər.

Gəmilərdə əsasən Türkiyə, ABŞ, Böyük Britaniya, Avstraliya, Yunanıstan, Kanada, Malayziya, Əlcəzair, Serbiya, Belçika, İrlandiya, Norveç, İsveç, Almaniya vətəndaşları olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR