Bank Of Baku

Türkiyə XİN başçısı: «İsrailin əli qana batıb»

Türkiyə XİN başçısı: «İsrailin əli qana batıb»
# 01 iyun 2010 01:07 (UTC +04:00)
Bakı-APA. Türkiyə xarici işlər naziri Ahmet Davutoğlu, İsrailin Qəzzaya yardım daşıyan gəmilərə etdiyi hücumun ardından keçirilən BMT Təhlükəsizlik Şurasının təcili iclasında çıxış edib.

İsrailin etdiyi günahın hesabını verməyə məcbur olduğunu bildirən Davutoğlu, «İsrailin hücumunun heç bir açıqlaması ola bilməz, gəmiyə hücum haqlı göstərilə bilməz» deyə bəyan edib.

Türkiyənin hücumu sərt şəkildə qınadığını bildirən Davutoğlu, «İsrailin əli artıq qana batıb. Sülh və sabitliyin gələcəyinə zərbə endirilib» deyə əlavə edib.

«Canlı yayımda barbarlıq nümayişi gördük» deyən Davutoğlu gəmilər «dərhal sərbəst buraxılmalı, Qəzzanın blokadası qaldırılmalı, İsrail xalqı səhv etdiyini İsrail hökumətinə göstərməlidir», deyə vurğulayıb.

İnsani yardıma gedən insanların pusquya salındığını söyləyən Davutoğlu, «İsrail üzr istəməli və dərhal istintaq başladılmalı» deyə bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR