Bank Of Baku

Rəcəb Tayyip Ərdoğan: “Heç kim Türkiyənin səbri ilə oynamasın”

Rəcəb Tayyip Ərdoğan: “Heç kim Türkiyənin səbri ilə oynamasın”
# 01 iyun 2010 13:21 (UTC +04:00)
Ankara-APA. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan mülki şəxslərə silahlı basqın edilməsini alçaq hərəkət kimi qiymətləndirib. APA-nın məlumatına görə, partiyanın qrup toplantısında çıxış edən Ərdoğan sərt mesajlar verib: “Heç kim Türkiyənin səbrini yoxlamaq niyyətinə düşməsin. Bizim dostluğumuz nə qədər qüvvətlidirsə, düşmənçiliyimiz də o qədər qüvvətlidir. Türkiyənin dostluğunu itirmək belə ciddi zərərdir”.
İsrailin Qəzza zolağına humanitar yardım aparan gəmiləri atəşə tutmasını soyqırımı kimi dəyərləndirən Ərdoğan “Qanlı soyqırımı hər cür lənətə layiq olan bir soyqırımıdır. Bu soyqırımı beynəlxalq hüquqa, insanlığın vicdanına, sülhə qarşı həyata keçirilib. İsrail Qəzza zolağına tətbiq etdiyi blokadanı aradan qaldırmalı, və humanitar yardım gəmilərinə etdiyi hücuma görə layiqli cəzasını almalıdır. Biz sonadək bu işin arxasınca gedəcəyik. Türkiyə gənc, kökü olmayan dövlət deyil, qəbilə dövləti də deyildir. Heç kim Türkiyənin səbri ilə oynamasın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR