Bank Of Baku

Türkiyədə müstəqil millət vəkili Kamer Gənc CHP-yə qatılıb

Türkiyədə müstəqil millət vəkili Kamer Gənc CHP-yə qatılıb
# 01 iyun 2010 14:32 (UTC +04:00)
Bakı – APA. Türkiyədə hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) ən qatı tənqidçisi kimi məşhur olan müstəqil millət vəkili Kamer Gənc bundan sonra siyasi fəaliyyətini ana müxalifət sıralarında davam etdirəcək. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Kamer Gənc və Demokratik Sol Partiyasından (DSP) istefa vermiş millət vəkili Əmrəxan Halıcı Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyasının toplantısında CHP-yə qatılıblar. Kamal Kılıçdaroğlu ilk dəfə olaraq partiyanın lideri qismində fraksiyanın toplantısında iştirak edib. O, CHP nişanını K. Gənc və Ə. Halıcının yaxasına taxıb.

CHP-nin sabiq lideri Dəniz Baykal da sıravi millət vəkili qismində yığıncaqda iştirak edib. K. Kılıçdaroğlu salona daxil olarkən D. Baykal digər millət vəkilləri ilə birlikdə ayağa qalxaraq onu salamlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR