Bank Of Baku

Əhməd Davudoğlu: “Türkiyə ABŞ-ın İsrailə təpkisindən xəyal qırıqlığına uğrayıb”

Əhməd Davudoğlu: “Türkiyə ABŞ-ın İsrailə təpkisindən xəyal qırıqlığına uğrayıb”
# 01 iyun 2010 16:59 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, əcnəbi jurnalistlərlə keçirdiyi görüşdə İsrailin Türkiyədən Qəzzaya humanitar yardım aparan gəmiləri atəşə tutmasına ABŞ-ın etiraz səviyyəsindən məmnun olmadığını bildirib: “Türkiyə ABŞ-ın bu ana qədərki təpkisindən xəyal qırıqlığına uğrayıb”.

Bu axşam ABŞ dövlət katibi Hillari Klintonla görüşəcək Ə.Davudoğlu Vaşinqtondan İsrailin hərəkətini kəskin pisləməyi istəyəcəklərini bildirib: “Bəzi müttəfiqlərimiz İsrailin hərəkətini pisləməyə hazır deyil. Amma biz onlardan ortaya konkret mövqe qoymalarını istəyirik”.

Türkiyənin baş diplomatı ölkəsinin NATO üzvü olmasını xatırladaraq, alyans üzvü olmayan İsrailin humanitar gəmi karvanına qarşı həyata keçirdiyi qanlı aksiyanın NATO-da da müzakirəsinə nail olmağa çalışacaqlarını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR