Bank Of Baku

Türkiyə parlamenti hökuməti İsraillə siyasi, iqtisadi və hərbi əlaqələrə yenidən baxmağa çağırıb

Türkiyə parlamenti hökuməti İsraillə siyasi, iqtisadi və hərbi əlaqələrə yenidən baxmağa çağırıb
# 02 iyun 2010 15:14 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, parlamentin bütün fraksiyaları tərəfindən yekdilliklə dəstəklənən bəyanatda İsraillə siyasi, iqtisadi, hərbi əlaqələrə yenidən baxılması, hadisənin araşdırılması üçün beynəlxalq təhqiqat komissiyasının yaradılması, İsrailin rəsmən üzrə istəməsi və olay zamanı zərər çəkənlərə təzminat ödəməsi tələb edilir. Bəyannamədə deyilir:

“Türkiyə Böyük Millət Məclisi İsrail ordusunun mayın 31-də səhər içində əksəriyyəti türklərdən ibarət 32 ölkə vətəndaşının olduğu və humanitar yardım daşıyan gəmi karvanına etdiyi, çoxlu sayda məsum insanın ölümü və yaralanmasına səbəb olan qeyri-insani hücumu şiddətlə və nifrətlə qınayır. Bu hücum BMT Nizamnaməsi və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. TBMM BMT Təhlükəsizlik Şurasının bu olayla əlaqədar İsraili qınayan və sanksiyalar nəzərdə tutan qərar layihəsini tezliklə qəbul etməsini gözləyir. Bu mənfur əməlin hərtərəfli araşdırılması üçün müstəqil beynəlxalq təhqiqat komissiyası qurulmalıdır. İsrail hökuməti bu hücumla əlaqədar rəsmən üzr istəməli, hadisəyə görə məsuliyyət daşıyanların mühakimə edilərək cəzalandırılmasını təmin etməli, zərər çəkənlərə təzminat ödəməlidir. Türkiyə İsrailə qarşı milli və beynəlxalq məhkəmə yollarından istifadə etməlidir. TBMM Türkiyə hökumətindən İsraillə siyasi, iqtisadi və hərbi əlaqələrimizi nəzərdən keçirməsini və təsirli addımlar atmasını gözləyir. TBMM bu hadisəyə qarşı xalqımızın göstərdiyi haqlı etirazları hörmətlə qarşılayır. Bu etirazların zorakılığa çevrilməyəcəyinə və Türkiyədə yaşayan yəhudi vətəndaşlarımızı incidəcək mahiyyət daşımayacağına inanırıq. İsrail hökumətinin aqressivliyinə qarşı etirazlar İsrail millətini hədəf almamalıdır. TBMM hər zaman olduğu kimi, Fələstin xalqı ilə həmrəylik içindədir və Qəzzaya qarşı qeyri-insani blokadanın və embarqonun dərhal aradan qaldırılmasını gözləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR