Bank Of Baku

İrlaniyadan Qəzza zolağına daha bir gəmi hərəkət edir

İrlaniyadan Qəzza zolağına daha bir gəmi hərəkət edir
# 02 iyun 2010 23:09 (UTC +04:00)
Bakı-APA. Humanitar yardımla yüklənmiş daha bir gəmi Qəzzaya doğru hərəkət edir. Onun iynun 4-ü axşam və ya 5-i səhər saatlarında Qəzzaya çatacağı gözlənilir. “Rachel Corrie” adlı yük gəmisinin göyərtəsində 550 ton tibb ləvazimatı, inşaat materialları, təhsil ədəbiyyəti və oyuncaq var. Gəmi İrlandiyadan yola düşüb. Hazırda o Yunanıstanın Krit adasından 160 kilometr cənubdadır.

Hüquq müdafiəçilərinin “Azad Qəzza” hərəkatının məlumatına görə, gömrük işçiləri və İrandiyanın Yaşıllar Partiyasından olan senator gəmiyə baxış keçirib və göyərtəsindən silah, yaxud başqa qanunsuz yükün olub-olmamasını yoxlayıblar. Hərəkatın nümayəndəsi Derek Qremin sözlərinə görə, “Rachel Corrie” gəmisi Qəzzaya çatdıqdan sonra yükü boşaldılacaq və yenidən İrlandiyaya qayıdacaq.

Xatırladaq ki, hüquq müdafiəsi təşkilatları bazar günü blokada şəraitində olan Qəzzaya altı gəmidən ibarət humanitar yardım karvanı təşkil etmişdilər. Lakin İsrail Hərbi Dəniz Donanmasının xüsusi təyinatlıları “Azadlıq donanması”nı ələ keçirib. Əməliyyat zamanı 9 aksiya iştirakçısı öldürülüb, onlarla adam yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR