Bank Of Baku

Rusiya Avropa Birliyini avronu sabitləşdirməyə çağırıb

Rusiya Avropa Birliyini avronu sabitləşdirməyə çağırıb
# 06 iyun 2010 00:45 (UTC +04:00)
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedev Avropa Birliyini onun vahid valyutası olan avronu sabitləşdirməyə çağırıb.
APA-nin voanews.com saytına istinadən verditi xəbərə görə, Medvedev bildirib ki, avronun sabitliyi Rusiya da daxil olmaqla Avropa Birliyinin ticarət tərəfdaşları üçün çox vacibdir.
Medvedev Almaniyada müxbirlərə deyib ki, Rusiya Avropanın vahid valyutasının taleyinə biganə deyil, çünki Rusiyanın xarici valyuta ehtiyalarının bir hissəsini avro təşkil edir.
Rusiya prezidenti cümə günü Almaniyada kansleri Angela Merkellə qlobal və ikitərəfli məsələləri müzakirə etmək üçün Almaniyaya səfər edib.
Almaniya lideri ilə danışıqlardan sonra cənab Medvedyev Avropa Birliyinin tədbirlər paketinin avronu stabilləşdirəcəyinə inandığını bildirib.
Bu ayın sonu 20 ölkənin maliyyə nazirləri və mərkəzi bankların direktorları dünya iqtisadiyyatı və maliyyə sisteminin stabilləşdirilməsi yollarını müzakirə etmək üçün Kanadada görüş keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR