Bank Of Baku

Dünya ölkələrinin Global Peace Index reytinqi açıqlanıb

Dünya ölkələrinin Global Peace Index reytinqi açıqlanıb
# 08 iyun 2010 16:45 (UTC +04:00)
Bakı-APA. “Vision of Humanity” təşkilatın dünyanın sülhsevər ölkələrinin reytinq cədvəlini (Global Peace Index) açıqlayıb. APA-nın məlumatına görə, 149 ölkə sırasında sülhsevərlik göstəricisinə görə sonuncu yeri İsrail tutub. Dünyanın müharibəyə meylli ölkələri sırasında ilk yerləri İsraildən sonra Pakistan, Sudan, Əfqanıstan, Somali və İraq tuturlar. Dünyanın ən sülhsevər ölkələri isə Yeni Zelandiya, İslandiya və Yaponiyadır. Dünyanın müdafiə xərclərində 54 faizlik paya sahib olan ABŞ isə bu siyahıda 85-ci yeri tutub. Reytinq cədvəlini hazırlayan ekspertlər hesab edir ki, iqtisadi böhran nəticəsində dövlətlər daha az sülhsevər olmağa başlayıblar. Eyni zamanda onlar irimiqyaslı silahlı qarşıdurmanın baş verməsi ehtimalının da getdikcə azaldığını bildirirlər. Xatırladaq ki, GPİ reytinqinin hazırlanması zamanı hər 100 min nəfərə düşən hüquq-mühafizə orqanlar əməkdaşlarının sayı, məhbusların sayı, əhalinin silah əldə etmək imkanları, hərbi xərclərin həcmi və dinamikası kimi faktorlar nəzərə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR