Bank Of Baku

Varşava su altında qalmaq təhlükəsi ilə üzləşib

Varşava su altında qalmaq təhlükəsi ilə üzləşib
# 09 iyun 2010 09:06 (UTC +04:00)
Bakı-APA. Polşa paytaxtı daşqın təhlükəsi ilə üz-üzə qalıb. APA-nın məlumatına görə, Visla çayı boyunca qum kisələrindən qurulmuş bənddə bir kilometr uzunluğunda sızma baş verib. Hazırda Vislada suyun səviyyəsi 749 santimetr səviyyəsinə qalxıb. Meteoroloqlar bir gün ərzində suyun səviyyəsinin daha 21 santimetr qalxacağını proqnozlaşdırır. Hələlik əhalinin evakuasiyasına ehtiyac duyulmur. Xilasedicilər sızma baş verən ərazidə bərkitmə işləri aparırlar. Xatırladaq ki, mayın sonlarında baş verən güclü leysan yağışları nəticəsində Visla çayı məcrasından çıxıb. Üç həftə əvvəl çayın sağ qolu daşaraq böyük bir ərazini yuyub. O zaman hakimiyyət sahilyanı ərazilərdən əhalinin köçürülməsinə qərar verib. Ötən həftə leysan yağışları Varşava metropolitenini su altında qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR