Bank Of Baku

ATƏT-in təhlükəsizlik məsələlərinə həsr olunmuş illik konfransı keçiriləcək

ATƏT-in təhlükəsizlik məsələlərinə həsr olunmuş illik konfransı keçiriləcək
# 09 iyun 2010 16:49 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. İyunun 14-də Vyanada ATƏT-in təhlükəsizlik məsələlərinə həsr olunmuş illik konfransı keçiriləcək. APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 3 günlük konfransda əsas diqqət transmilli təhdidlər və təhlükələr, ATƏT-in münaqişələr barədə erkən xəbərdarlıq, onların qarşısının alınması və həllində, böhranların nizamlanması və münaqişə sonrası bərpa işlərində rolu, silahlar üzərində nəzarət, təhlükəsizliyin və etimadın möhkəmləndirilməsi, Əfqanıstandan qaynaqlanan təhdidlər və ATƏT-in bölgədə sabitliyin təmin olunmasına töhfəsi müzakirə ediləcək.

Konfransı ATƏT-ə sədrlik edən Qazaxıstanın xarici işlər nazirin müavini Konstantin Jiqalov açacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR