Bank Of Baku

AŞ PA prezidenti Gürcüstana səfər edəcək

AŞ PA prezidenti Gürcüstana səfər edəcək
# 11 iyun 2010 09:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlu iyunun 13-15-də Gürcüstanda rəsmi səfərdə olacaq. APA-nın məlumatına görə, səfər zamanı o, prezident Mixail Saakaşvili, parlamentin sədri David Bakradze, baş nazirin müavini, reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili, xarici işlər naziri Qriqol Vaşadze, qaçqınlar və yerləşmə məsələləri üzrə dövlət naziri Kobo Subeliani ilə görüşlər keçirəcək.
AŞ PA prezidentinin Konstitusiya Məhkəməsinin sədri Georgi Papuaşvili, parlamentdə təmsil olunan və parlamentdən kənardakı müxalifət nümayəndələri, Şida-Kartli regionunun qubernatoru Lado Vardzelaşvili və Acarıstan hökumətinin başçısı Levan Varşalomidze ilə görüşləri də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR