Bank Of Baku

AŞ PA prezidentinin Gürcüstana səfəri başlayıb

AŞ PA prezidentinin Gürcüstana səfəri başlayıb
# 13 iyun 2010 19:12 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, AŞ PA prezidentinin rəsmi görüşləri sabah başlayacaq.

İyunun 14-də səhər saatlarında reinteqrasiya məsələləri üzrə nazir Temur Yakobaşvili ilə görüşəcək Mövlud Çavuşoğlu sonra parlament və parlamentdənkənar müxalifət nümayəndələri ilə görüşəcək.

Səfər çərçivəsində onun Tserovanidə yaşayan qaçqınlarla, qaçqınlar və onların yerləşdirilməsi naziri Koba Subeliani və Şida Kartli bölgəsinin qubernatoru Lado Vardzelaşvili ilə görüşlər planlaşdırılıb.

İyunun 15-də Mövlud Çavuşoğlu Konstitusiya Məhkəməsinin sədri Georgi Papuaşvili, parlamentin sədri David Bakradze və prezident Mixail Saakaşvili ilə görüşəcək.

AŞ PA prezidentinin Gürcüstana rəsmi səfəri iyunun 16-da başa çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR