Bank Of Baku

Belçikada parlament seçkilərində gözlənilməz nəticələr müşahidə olunur

Belçikada parlament seçkilərində gözlənilməz nəticələr müşahidə olunur
# 14 iyun 2010 08:07 (UTC +04:00)
Bakı - APA. İyunun 13-də Belçikada keçirilən növbədənkənar parlament seçkilərində Flandriyada qələbəni gözlənilmədən Yeni Flamandiya Alyansı (YFA) bayram edib. APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, Alyans millətçilik və separatizm bəyanatları ilə məşhurdur. Qeyd edək ki, ölkənin digər regionlarında sosialistlər qələbə qazanıblar ki, nəticədə parlamentdə koalisiya yaradılmalı və yeni hökumət qurulmalıdır.

Artıq məlumdur ki, yeni parlamentdə YFA aparıcı rollardan birini oynayacaq. Qeyd edək ki, bu Alyans Flandriyanın muxtariyyətinin genişləndirilməsinin tərəfdarıdır. Maraqlıdır ki, “holland” Flandriyanın “frankdilli” Valloniyadan hətta ayrılmasını açıq tələb edən Yeni Flamandiya Alyansı bu günə kimi populyar olmayıb.

Qeyd edək ki, Belçikanın müxtəlif dil qruplarını təmsil edən siyasi partiyalar arasında tarixi ziddiyyətləri hökumət və parlament aradan qaldırıla bilmədiyinə görə, vaxtından əvvəl seçki keçirilməsi zərurəti yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR