Bank Of Baku

Son iki ayda PKK-ya qarşı əməliyyatlarda şəhid olan türk əsgərlərinin sayı 37-ə çatıb

Son iki ayda PKK-ya qarşı əməliyyatlarda şəhid olan türk əsgərlərinin sayı 37-ə çatıb
# 16 iyun 2010 09:57 (UTC +04:00)
APA-nın məlumatına görə, Şırnakın Uludərə qəsəbəsi yaxınlığında mina partlaması nəticəsində bir əsgər şəhid olub, üç əsgər yaralanıb. İnsidentdən sonra bölgədə keçirilən əməliyyatlar zamanı daha bir türk əsgəri şəhid olub. Bu gün səhər saatlarında terrorçularla baş verən atışmada 3 PKK üzvü öldürülüb. Bölgədə PKK terrorçularına qarşı əməliyyatlar davam edir.

Dünən axşam terrorçular Hakkarinin Aktütün Jandarma məntəqəsinə qum daşıyan 4 yük maşını terrorçular tərəfindən yandırılıb. PKK üzvləri sürücüləri düşürərək maşınlara od vurublar. Giresunda isə terrorçular jandarma qüvvələrinin keçid məntəqəsini atəşə tutublar. PKK üzvlərinin ələ keçirilməsi üçün bölgədə xüsusi əməliyyat keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR